Atıcılıq üzrə Azərbaycan yığmasının lideri Ruslan Lunyov Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, o, kiçik çaplı tapançadan 25 metr məsafədən atəş açmaqda fərqlənib. Lunyov altı seriyada 23 xal toplayaraq bürünc medalçı olub.
Qeyd edək ki, Ruslan üçün bu, cari mövsümdə 25 metr məsafədən atəşaçmada ilk uğurdur. Əvvəlki yarışlarda o, 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açmada medalçı olub. 33 yaşlı idmançı Estoniyada keçirilən Avropa çempionatında və Hindistanda keçirilən Dünya Kubokunda gümüş medal, həmçinin olimpiya lisenziyası qazanıb.