Polşada III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Regina Meftahətdinova, Nurlana Cəfərova və Sevda Nəcəfovadan ibarət stend atıcılığı komandamız yarışda mübarizə aparacaq. Onlar mübarizəyə təsnifat mərhələsindən qoşulacaq.
Bu gün həmçinin, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 25 m məsafəyə atəş açmada finala vəsiqə qazanmağa çalışacaq.