Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində baş mükafata yiyələnən 32 yaşlı idmançı bunları söyləyib: "Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.
O, Olimpiada ilə bağlı hədəfini açıqlayıb:
"Çox çalışacağam. Paris Olimpiadasında qızıl medal üçün əlimdən gələni edəcəyəm. Bu, mənim son şansımdır".