Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı idmançı 50 kq çəki dərəcəsində iki rəqibini məğlub edərək, buna nail olub. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.
Finalın bir addımlığında rəqib polşalı Anna Lukasyak olacaq.