DÇ-2024-ün əsas mərhələsinin pley-off oyunları başa çatıb.
Fanat.Az xəbər verir ki, Belçika, Almaniya, Çexiya və Niderland daha əvvəl vəsiqəni təmin etmiş Azərbaycan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ermənistan və Ukraynaya qoşulub.
Elit-raundda ümumilikdə 20 komanda hər birində 4 iştirakçı olmaqla 5 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, qrup liderləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı nəticəyə sahib 4 “ikinci” isə pley-offda iştirak edəcək. Ev və səfər prinsipi ilə keçiriləcək iki matçın ümumi nəticəsində qalib olan komandalar həlledici mərhələyə yüksələcək. Əgər mundial Avropa qitəsində yer alan ölkələrdən birində keçirilərsə, o zaman pley-offa 4 yox, ən yaxşı 2 “ikinci” vəsiqə qazanacaq.
Bu mərhələnin püşkü iyulun 8-də atılacaq, oyunları isə cari ilin dekabrın 20-dək yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının final mərhələsində 2016-cı ildə debüt edib. Kolumbiada keçirilən yarışda komandamız mundialı 5-ci pillədə başa vurub.