Azərbaycanın 3 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 55 kq-da çıxış edən Eldəniz Əzizli 1/4 finalda Stefan Qriqorova (Bolqarıstan), 63 kq çəki dərəcəsində yer alan Taleh Məmmədov isə Yakopo Sandrona (İtaliya) hesabı ilə qalib gəlib.
Nəhayət, 130 kq-da Sabah Şəriəti 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub.
77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) dueldən məğlub ayrılıb. 87 kq-da mübarizə aparan İslam Abbasov isə ardıcıl olaraq Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Levay və Cengiz finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edəcəklər.
Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Millimiz komanda hesabında Avropa çempionu olub. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub.