“Bakı”nın prezidenti, “Baghlan group”un sahibi Hafiz Məmmədov bugünlərdə “Lans” klubuna rəsmən sahib olduqdan sonra komandanın heyətinə gücləndirəcək. Qol.Az-ın “Maxifoot” nəşrinə istinadən yaydığı xəbərə görə, iyulun 4-də Fransanın idarəetmə sahəsinə nəzarət üzrə milli komissiyası “Lans”ı ikinci liqada saxlamaqla bağlı qərar verdikdən sonra klub transfer çalışmalarına başlayacaq.
Qeyd edək ki, sözügedən qurum ikinci liqada oynamaq üçün tələb olunan maliyə təminatını yerinə yetirmədiyini nəzərə alaraq, “Lans”ı üçüncü liqaya göndərib. Amma qarşıdakı iclasda bu qərar ləğv olunacaq.
Azərbaycan “Lans”a sahiblik etdikdən sonra bu komandaya PSJ-də çıxış etmiş iki futbolçunun transferi gözlənilir. Söhbət 2004-2010-cu illərdə Paris klubunun formasını geyinən 35 yaşlı yarımmüdafiəçi Jerom Roten və 2008-2013-cü illərdə PSJ-də oynayan hücumçu Qiyom Oarodan gedir.
Qeyd edək ki, hər iki futbolçu Fransa milli komandasında da oynayıb.
Yeri gəlmişkən, Jerom Rotenin son klubu Fransa “Bastiya”sı olub. Qiyom Oaro isə son mövsümü PSJ-də keçirdikdən sonra Çinin “Dalyan Aerbin” komandasına keçib. Lakin buna baxmayaraq, o, yenidən vətənində oynamaq arzusunu ifadə edib.
Qeyd edək ki, bu futbolçulardan başqa “Lans”a daha bir neçə yeni transferin ediləcəyi gözlənilir. Bunda başlıca məqsəd komandanı yüksək liqaya çıxarmaqdır.
İdman24.az