20:56 25.04.2023 242

“Heydər Əliyev kuboku”na start verildi

Bu gün qadın və kişi voleybolçular arasında “Heydər Əliyev kuboku”na start verilib.

Fanat.Az xəbər verir ki, ümumilikdə 13 komandanın mübarizə apardığı yarışın ilk günü oyunlar iki arenada təşkil olunub. 

Qadınların yarışında “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa”, UNEC, “Azərreyl”, “Abşeron”, “Murov”, kişilərin mübarizəsində isə “Təhsil”, “Xarı bülbül-2 Şuşa”, MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” kollektivləri çıxış edirlər.

Olimpiya sistemi ilə keçirilən və 4 gün davam edəcək yarışın ilk günündə məğlub olan komandalar kubok uğrunda mübarizəni dayandırıblar. Günün nəticələrinə görə kişilərin mübarizəsində "Murov" və MOİK yarımfinala yüksəliblər. “Hərbi İnstitut” və “Express” komandaları müəyyən səbəblərdən son anda mübarizəyə qoşulmadıqlarına görə “Neftçi” və “Xarı bülbül Şuşa” klubları reqlamentə uyğun olaraq, mübarizəyə birbaşa yarımfinaldan başlayacaqlar.

Qadınların yarışında isə "Abşeron", "Azərreyl" və UNEC növbəti mərhələyə adlayıblar. “Azərreyl-2” müəyyən səbəblərdən turnirdə iştirak etmədiyi üçün "Murov" klubu reqlamentə uyğun olaraq, birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaq.

Oyunlardan sonra yarımfinal mərhələsinin püşkü atılıb. Aprelin 26-da və 27-də Voleybol Mərkəzində baş tutacaq yarımfinalda ilk gün qadınlar, növbəti gün isə kişilər finalçıları müəyyən edəcəklər.

Beləliklə, aprelin 26-da saat 14:00-da "Abşeron” - “Murov” ardınca, saat 16:00-da isə “Azərreyl” - UNEC qarşılaşmaları baş tutacaq.

Kişi voleybolçuların yarımfinal mərhələsində saat 16:00-da meydançaya “Xarı bülbül Şuşa” - “Neftçi”, iki saat sonra isə “Murov” və  MOİK cütləri çıxacaqlar.

Oyunların nəticələri
25.04.2023
Qadınlar
“Ryuga” - “Abşeron” 0:3 
“Murov-2” - “Azərreyl” 0:3
“Xarı bülbül Şuşa” - UNEC 0:3

25.04.2023
Kişilər
“Xarı bülbül-2 Şuşa” - “Murov” 0:3
“Təhsil” - MOİK 2:3 

Növbəti oyunlar
26.04.2023
Yarımfinal (qadınlar)
14:00 “Abşeron” - “Murov”
16:00 “Azərreyl” - UNEC
Məkan: Voleybol Mərkəzi
 
27.04.2023
Yarımfinal (kişilər)
16:00 “Xarı bülbül Şuşa” - “Neftçi”
18:00 “Murov” - MOİK
Məkan: Voleybol Mərkəzi

28.04.2023
16:00 Final (qadınlar)
18:00 Final (kişilər)

Oyunlardan sonra turnirin bağlanış mərasimi
Məkan: Voleybol Mərkəzi

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X