Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün qrup mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, B qrupunda əvvəlcə autsayderlər - Türkiyə ilə CAR yığmaları üz-üzə gələcəklər. Digər görüşdə isə Fransa ilə Qazaxıstan qarşılaşacaq.
A qrupunda İtaliya Çexiya ilə, qrupda liderliyini bölüşdürən Azərbaycanla isə Serbiya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.
Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu
17:30. İtaliya – Çexiya
19:00. Azərbaycan – Serbiya
B qrupu
14:30. CAR – Türkiyə
16:00. Fransa - Qazaxıstan