Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün son matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 3-cü yer uğrunda görüşdə Macarıstanla qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə məğlub olub.