"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yenidən Kriştianu Ronaldunun baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Əl Nəsr"in maraq dairəsinə düşüb.
Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
O, bildirib ki, Səudiyyə Ərəbistanı klubu 55 yaşlı çalışdırıcıya rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Alleqri ilə Ronaldu 2019 və 2021-ci illərdə "Yuventus"da birlikdə çalışıblar.
Röya