13:08 15.05.2023 2018

Baxşıyevin Mourinyuluq iddiası - Hələ çox tez deyil?

Bu yazını "Qəbələ" - "Turan Tovuz" oyunundan dərhal sonra yazsaydım, fikirlərimi soyuqqanlı şəkildə ifadə edə bilməyəcəkdim. İkinci yarısı yaz yağışının müşayəti ilə keçən matç yetərincə maraqlı, gərgin alındı. Azlıqda qalan meydan sahiblərinin hesabda önə keçmiş tovuzluların qapısına yol tapması isə görüşün emosionallığını bir qədər də artırdı... 

Düzdür, "boz qurdlar" komandalar meydanda hərəyə 11 nəfərlə mübarizə apardığı dəqiqələrdə də real qol fürsətləri yaratmış, "qırmızı-qaralar" inanılmaz müdaxilələrlə xilaskara çevrilən İlkin Qırtımovun və bəxtin hesabına matçın əvvəllərində erkən qollardan xilas olmuşdu. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev 5 əvəzləmə limitindən uğurla faydalana bilsəydi, komandası matçın sonlarını 9 yox, 10 nəfərlə keçirər, böyük ehtimalla, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşardı. Məhz Baxşıyev bu yöndə tələsdiyi üçün Asif Məmmədovun ciddi xəsarət alaraq meydanı tərk etməsi vəziyyəti kritikləşdirdi. Şübhəsiz, Ayxan Abbasovun komandasının belə say üstünlüyündən faydalanaraq evə 2:1 hesablı qələbə ilə dönməsi tam məntiqəuyğundur. Başqa sözlə, "Qəbələ"nin bu qarşılaşmanı bərabərliklə bitirməsi əməlli-başlı qəhrəmanlıq sayılardı. Fəqət sonuncu - 4-cü uzatma dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qol heç-heçə arzusunun da üstündən xətt çəkdi.

Azərbaycan Kubokunda mübarizəni dayandırandan sonra fırtına kimi əsən, "Zirə", "Neftçi", "Qəbələ" üzərində qələbələri sıralayaraq elitaya say düzəltmək xatirinə gəlmədiyini isbatlayan "Turan Tovuz"un son saniyələrdə hədəfinə çatması həm də güclü yağışın altında tükü də tərpənməyən, stadionda ev ab-havası yaradan tovuzlu fanatların haqqı idi. Bütün yerli tamaşaçılar yağış tutmayan yerlərdə daldalandığı halda, uzaq yol gələn qərblilərin futbol və qeyri-futbol bölgələri arasındakı fərqi əyani şəkildə isbatlaması ayrıca vurğulanmalıdır. Mətbuat konfrasında yaşananlar isə həm dramatik qarşılaşmanı işıqlandırmaq üçün Qəbələyə yollanan media mənsublarının kefinə soğan doğradı, həm də məni bu yazını yazmağa məcbur etdi.

"Qəbələ"nin baş məşqçisi Baxşıyevin ona oyunla bağlı sual ünvanlayan jurnalistlərə aqressiv və yumşaq desəm, özündənrazı cavablar verməsi münasibətsiz qala bilməzdi. Əyyub Allaşı oyundan çıxarmaqla kələfin ucunu tam şəkildə itirən Elmar bəyin taktiki planda nə etmək istədiyini izah edə bilməməsi öz problemidir. Məntiqlə, media mənsubu ona fikrini ifadə etmək, futboldan azarkeş kimi yox, mütəxəssis kimi danışmaq qaydaları öyrətməməlidir. Yəni dünya praktikasında da gördüyümüz kimi, Pro kateqoriyası alarkən jurnalistlərlə davranış qaydaları ilə tanış olan adam "Allaş əvəzlənməsə, qapımıza vurulan qolu çıxaracaqdı?" cavabı (daha doğrusu, sualı) verə bilməz. Heç 20 ildən çox iş təcrübəsinə malik KİV nümayəndəsi ilə danışarkən "siz futbolu məndən çox bilirsinizsə", "burada oyuna ilk dəfə baxmırısınızsa" şəklində cümlə başlamağa mənəvi haqqı da yoxdur. Hə, bəzən futbolu inkişaf etmiş ölkələrdə də dünya səviyyəli mütəxəssilərdən buna bənzər reaksiyalar görürük. Məsələn, Joze Mourinyu arabir avropalı həmkarlarımızı sancır və ya Xosep Qvardiola canını boğazına yığan "sarı media"nı hədəfə alır. Ancaq güclü azarkeş təzyiqi görmədiyi "Qəbələ"də mətbuatın dəstəyi hesabına qalan birinin heç bir ciddi uğuru olmadığı təqdirdə, belə danışması həm gülməli, həm də ağlamalıdır. Yazılmamış qaydaları nəzərə alsaq, onu Mourinyu, Qvardiola edə bilər, Baxşıyev kimiləri yox! Konkretləşdirsək, bir mövsümün 7 oyununda komandasına qarşı "come back" (geridönüş) edilmiş, "Qəbələ"nin iddiasız vaxtına düşdüyünə görə postunda qala bilmiş, qarşısına ciddi tapşırıqlar qoyulmayan kollektivdə iş təcrübəsini qazanmasına, öyrənməsinə şərait yaradılmış Baxşıyev üçün belə davranış hələ tez yox, çox tezdir. Ən azı yolun başlanğıcında yıxılmamaq, "artırıb" heç olmasa, Azərbaycan üçün orta səviyyəli məşqçi ola bilmək naminə. 

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X