Bu gün Bosniya və Herseqovinada cüdo üzrə Açıq Avropa Kubokuna yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın yeddi idmançısı tatami üzərinə çıxacaq.
Məhərrəm İmamverdiyev (81 kq) startda polşalı Mateuş Salişlə qarşılaşacaq. Eyni çəkidəki Kərim Allahverdiyev italiyalı Lorenzo Parodi ilə mübarizə aparacaq.
Musa Hüseynli (90 kq) Nikola Qusiçlə (Monteneqro), İbrahim Ağakişiyev (90 kq) Bozidar Vuçureviçlə (Bosniya) qüvvəsini sınayacaq.
100-kq-da Aslan Mirzəyev Balint Havasi (Macarıstan) - Domaqoy Mariç (Bosniya) cütünün qalibi ilə qarşılaşacaq. Eyni çəkidə Ruslan Nəsirli Qaly Bertalaniçaya (Serbiya) qalib gəlməyə çalışacaq. Nəhayət, Adil Kərimli (100 kq) italiyalı Kevin Perna ilə mübarizə aparacaq.
Qeyd edək ki, ilk gündən sonra komandamızın aktivində dörd mükafat var. Ruslan Paşayev (66 kq) və İbrahim Əliyev (73 kq) qızıl, Telman Vəliyev (73 kq) gümüş, Kamranə Süleymanov (66 kq) bürünc medala sahib çıxıb.