15:59 27.05.2023 1093

"Bu il akademiyanın inşaatına başlayacağıq" -  Tahir Gözəl

Bu gün “Qarabağ”ın 10-cu dəfə Azərbaycan çempionu olması münasibəti ilə "Xəyal adaları"nda tədbir keçirilir.

Fanat.Az xəbər verir ki, Ağdam klubunun  prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb. 

- 10-cü çempionluq Azərbaycanda bir ilkdir. Bu, bizi çox sevindirir. Hiss edirəm ki, hər birimizdə bayram sevinci var. Bir klubun ardıcıl 1-2 il çempion olması ayrı bir uğurdur, amma 10 dəfə çempion olması onu göstərir ki, bu klubda dərin qələbə əzmi, birlik var. Bu hal bizi çox sevindirir. "Qarabağ"ın loqosunda bir ulduz var. Çünki UEFA-da hər beş ildən bir 1 ulduz verir. Artıq bizim loqomuz dəyişəcək və orda 2 ulduz olacaq. Bu, böyük bir nailiyyətdir. Bu gün biz zəfərimizi tam başka ruhla qeyd edirik. Çünki qələbəni azad Azərbaycanda qeyd edirik. Bu uğuru bizə belə xoşbəxtliyi yaşadan cənab prezidentimiz İlham Əliyevə, şəhidlərimizə həsr edirəm. 

- Komanda sizə ikinci uğuru verdi, siz komandaya ikinci büdcəni ayıracaqsınızmı? 
- Klubun prezidenti olaraq məni komandanın sadəcə gələn il yox, uzun müddətli uğurları maraqlandırır. Hesab edirəm ki, "Qarabağ"a ən böyük hədiyyə akademiya qurulmasıdır. 2 il öncə mətbuata açıqlamamda demişdim ki, artıq gənclərə investisiya ayırmağın vaxtı gəlib. Allaha şükürlər olsun ki, bu yöndə işlər başlayıb. İnşallah, yavaş-yavaş akademiyamızı tikəcəyik. 

- Yeri müəyyınləşib?
- Yer müəyyənləşib. Ancaq mənim könlümdən keçir ki, stadionumuzun yanında olsa, daha yaxşıolar. Vahid "Qarabağ" ruhunun yaranması üçün çox önəmlidir. Biz yenə də çalışacağıq ki, bugünkü stadionumuzun yanında olsun. Cənab prezidentimiz və nazirlərimizdən xahiş edəcəyik. Amma hələ ki, Binə qəsəbəsində tikiləcək. Biraz yeri uzaqdır. İdeal yer olduğunu deyə bilmərəm, ancaq hələ də baxırıq, sahələrimizi lahiyələndiririk. Güman edirəm ki, bu il inşallah inşaata başlayacağıq. Bu, prezident olaraq mənim üçün atılan ən vacib addımlardan biri olacaq. 

- Ağdamla bağlı plan varmı? 
- Avropada oynayan klubun əsası Bakıda yerləşir. Ancaq cənab prezidentimizin verdiyi göstərişlə Qarabağda stadionlar tikiləcək. Bu, vaxt aparan işdir. Doğru zamanda oyunlarımızı orada keçirməyə şad olarıq. Bizim üçün də fəxr olar. Amma mən hesab edirəm ki, "Qarabağ" klubu infrastukturunu Bakıda qoyub, əsas yerini Bakıda inkişaf etdirməlidir. Vacib oyunlarımızı isə Qarabağda keçirmək bizim üçün şərəf olar. 

“Qarabağ” artıq ulduz yetişdirən klubdur. Büdcəmiz çatan ən yaxşı cavan, istedadlı futbolçular seçiləcək. Onlarla birlikdə yenə Avropada önəmli yerlərdə qərarlaşacağıq. Uğurlu ilimiz oldu. Klubdan növbəti mövsüm daha uğurlu çıxış gözləyirəm. Bunun üçün önlərində heç bir əngəl yoxdur

Röya

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X