Bu gün Stavangerdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə təşkil olunan "Norway Chess" turniri çərçivəsində bıits yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, blitsin nəticələrinə əsasən, yarışa dəvət olunan qrossmeysterlərin start nömrələri müəyyənləşəcək.
Turnirdə həmçinin Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Aniş Giri (Hollandiya), Domaraju Qukeş (Hindistan), Alireza Firuzca (Fransa) və Nodirbek Abdusattorov (Özbəkistan) mübarizə aparacaq.