Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri seriyasının bütün yarışlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, azərbaycanlı Günay Məmmədzadə seriyanın yekununda on altıncı yeri tutub.
Kiprdə keçirilən final mərhələsində onun 6-9-cu sıraları bölüşən Məmmədzadə 55 Qran-Pri xalı qazanıb. Ümumi hesabda o, Nino Batsiaşvili, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Mariya və Anna Muzıçukları (Ukrayna) və Oliviya Kiolbasanı (Polşa) qabaqlayıb.
Qeyd edək ki, Günay dörd yarışdan yalnız birində iştirak edib. Seriyada ilk iki yeri Katerina Laqno və Aleksandra Qoryaçkina (hər ikisi FİDE) tutublar. Beləliklə, onlar Namizədlər Turnirinə vəsiqə qazanıblar.