Bu gün Stavangerdə (Norveç) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Norway Chess" superturniri başlayır.
Fanat.Az xəbər verir ki, turnirdə 38 yaşlı qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Aniş Giri (Niderland), Dommaraju Qukeş (Hindistan), Alireza Firuzca (Fransa) və Nodirbek Abdusattorov (Özbəkistan) mübarizə aparır.
Reqlamentə uyğun olaraq oyunda qələbəyə görə 3 xal verilir, heç-heçə olduğu halda isə rəqiblər Armageddonda güclüləri müəyyənləşdirir. Bu halda qalib 2, uduzan isə 1 xal qazanır.
1-ci tur
Şəhriyar Məmmədyarov - Aryan Tari
Alireza Firuzca - Domaraju Qukesh
Nodirbek Abdusattorov - Aniş Giri
Fabiano Karuana - Maqnus Karlsen
Uesli So - Hikaru Nakamura