"Səbail"in futbolçusu Elmir Tağıyevin xidmətində bir neçə klub maraqlıdır
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçini həm "Turan Tovuz", həm "Kəpəz", həm də "Qəbələ" sıralarına cəlb etmək istəyir.
Lakin futbolçu barədə öncə indiki klubunun - "Səbail"in baş məşqçisi Şahin Diniyev qərar verməlidir. Başqa sözlə, hər şey məhz "dənizçilər"in çalışdırıcısının gələn mövsüm üçün Tağıyevlə bağlı nə düşündüyündən asılı olacaq.
Nihat