"Ayntraxt" futbolçusu Mario Götze ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Götze "Ayntraxt"ın heyətində bütün matçlarda 45 oyunda meydana çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə verib.
Röya