“Turan Tovuz” qapıçıları ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı Kamal Bayramov və 28 yaşlı Tərlan Əhmədlinin müqavilələri daha bir il müddətə uzadıb. Başqa sözlə, hər ikisi 2023/2024 mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, həm Bayramov, həm də Əhmədli 2022-ci ilin yayından Tovuz təmsilçisində çıxış edir.