Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov Madriddə keçirilən Avropa çempionatında 15-ci yeri tutub.
Fanat.Az xəbər verir ki, yarışda 64 idmançı iştirak etsə də, onlardan yalnız 39-u finişə çata bilib.
Pevtsov məsafəni 1 saat 51 dəqiqə 9 saniyəyə qət edib.
David Kastro (İspaniya) qızıl, Conatan Braunli (Böyük Britaniya) gümüş, Adrien Briffod (İsveçrə) isə bürünc medal qazanıb.