"Tottenhem"in baş məşqçisi təyin olunmağa ən real namizəd Şotlandiya "Seltik"inin çalışdırıcısı Anqe Postekoqludur.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, avstraliyalı mütəxəssis London klubu ilə artıq danışıqlar aparıb və müqavilənin bütün şərtləri ilə bağlı razılığa gəliblər. İki gün ərzində münasibətlərin rəsmiləşdiriləcəyi gözlənilir.
Anqe Postekoqlu 2021-ci ildən "Seltik"i çalışdırır. Onun komandası 2022/2023 mövsümündə hər üç kuboku qazanaraq trebl edib.
Mirağa