"Bayern Münhen" "Arsenal"ın futbolçusunu transfer etməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, söhbət yarımmüdafiəçi Qranit Cakadan gedir.
Məlumatı insayder Florian Plettenberq yayıb.
Onun sözlərinə görə, "Bayern Münhen" "Vest Hem"in oyunçusu Deklan Rays uğrunda mübarizə aparacaq. Yayda "Arsenal"ı tərk etməyə hazırlaşan Cakanın isə "Bayer Leverkuzen"ə keçəcəyi gözlənilir.
Röya