"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "OkDiario" məlumat yayıb.
Xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi adı açıqlanmayan klubla 3 illik müqaviləyə imzalayacaq.
AVRO-2024-də oynamağa hazırlaşan 37 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatında La Liqaya nisbətən daha az yorulacaq.
Qeyd edək ki, Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. 307 oyunda meydana çıxan təcrübəli futbolçu 25 qola imza atıb.
Röya