"Səbail"in heyətinə qatdığı futbolçulardan birinin kimliyi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, son mövsümü "Kəpəz"də keçirən sol cinah müdafiəçisi Yusif Nəbiyevdir.
Gəncə təmsilçisinin kapitanı artıq "dənizçilər"lə müqavilənin bütün detallarını razılaşdırıb. Qeyri-adi nəsə baş verməsə, Nizami yurdunun klubundan azad agent qismində ayrılan Nəbiyev yeni mövsümə "Səbail"də başlayacaq.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2022/23 mövsümündə "Kəpəz" forması ilə 34 Premyer Liqa matçına çıxaraq 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan Kubokunda da 3 qarşılaşmada forma geyinib.
Nihat