Ulduz hücumçu Romelu Lukaku artıq "Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettinoya gələn mövsüm harada oynamaq istədiyini bildirib.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, 30 yaşlı belçikalı Poçettinoya "İnter"də çıxışını davam etdirmək istədiyini bildirib.
Lukaku Milan klubunda icarə əsasında çıxış edir. Onun müqaviləsi "Çelsi"yə məxsusdur. Daha əvvəl mətbuatda Poçettinonun Lukakunu komandaya qaytarmaq istədiyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, 2022/2023 mövsümündə Romelu Lukaku "İnter"in heyətində 36 oyun keçirib. Belçikalı bu görüşlərdə 14 qol vurub və 7 məhsuldar ötürmə verib.
Mirağa