"Sevilya"nın qapıçısı Yasin Bunu yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
İddiaya görə, İngiltərə Premyer Liqasının iki klubu 32 yaşlı mərakeşli qolkiperin xidmətində maraqlıdır: “Aston Villa” və “Tottenhem”. Üstəlik, mənbə onun "İnter"ə keçə biləcəyini də bildirib. İtalyanların artıq qolkiperin mümkün transferi üçün "Sevilya"ya müraciət etdiyi bildirilib.
Ötən mövsüm futbolçu bütün yarışlarda 36 oyun keçirib, 60 dəfə topu tordan çıxarıb və 7 matçda qapısını toxunulmaz saxlayıb. Bununun "Sevilya" ilə müqaviləsi 2025-ci ilə qədərdir. "Transfermarkt" qolkiperin dəyərini 12 milyon avro qiymətləndirir.
Mirağa