"Milan" klubunda gərgin atmosfer hökm sürür.
Fanat.Az xəbər verir ki, bu iddianı insayder Canluka Di Martsio səsləndirib.
Onun iddiasına görə, klubun sahibi Cerri Kardinal klubun bəzi idarəçilərinə gələcək planlarına daxil olmadıqlarını bildirib. Paolo Maldini klubda texniki direktor, Frederik Massara isə idman direktoru postunu tutur.
İtaliya mətbuatı isə iddia edib ki, Maldini heyəti gücləndirmək üçün büdcənin artırılmasının tərəfdarı olub, klub sahibləri isə xərcləri sabit saxlamaq strategiyasına sadiq qalıb. Mətbuat həmçinin, Maldini ilə Kardinal arasında münasibətlərin qaydasında olmadığını vurğulayır.
“Milan” bu mövsüm İtaliya çempionatını dördüncü pillədə başa vurub.
Mirağa