"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante Səudiyyə Ərəbistanı çempionatında oynaya bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, "Əl-Nəsr" portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da istəyinə əsasən, 32 yaşlı fransız ulduzu transfer etməkdə maraqlıdır.
Səudiyyə klubu Kanteyə böyük məbləğdə pul ödəməyə hazırdır. Futbolçu “Əl-Nasr”a pulsuz keçə bilər, çünki onun “zadəganlar”la müqaviləsinin müddəti iyunun sonunda başa çatır.
Kante ötən mövsüm "Çelsi"nin heyətində cəmi 9 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Mirağa