"Mançester Siti" komandanın hücumçusu Erlinq Holandın başqa klublara, xüsusilə onu diqqət mərkəzində saxlayan "Real Madrid"ə keçməsinin qarşısını almaq üçün yeni plan hazırlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Xəbərə görə, "şəhərlilər" indiki müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulan və həftədə 400 min avro məvacib alan norveçli ulduz ilə daha uzunmüddətli anlaşma imzalamaq istəyir. Mənbə Holandın maaşının artırılacağını və hazırda bu yöndə danışıqlar aparıldığını vurğulayıb.
Qeyd edək ki, sözügedən forvard 2022/23 mövsümündə MS forması ilə ümumilikdə 52 matça çıxaraq 52 qol vurub.
Nihat