Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçeskunun "Fənərbağça" ilə bağlı yekun qərarı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sporx" yayıb.
Xəbərə görə, İstanbul nəhəngini çalışdırmağa əsas namizəd sayılan rumın mütəxəssis təklifdən imtina edib. Mənbə Luçeskunun Ukrayna təmsilçisi ilə müqaviləsinin müddəti başa çatana qədər iş yerini dəyişməyi planlaşdırmadığını vurğulayıb.
Qeyd edək ki, sözügedən çalışdırıcının "Dinamo" ilə anlaşması gələn ilin yayına qədər nəzərdə tutulub. Luçesku son mövsüm Ukrayna çempionatını 4-cü pillədə başa vuran paytaxt klubunda 2020-ci ildən işləyir.
Nihat