Müqaviləsinin bitməsinə bir il qalmış "Real Madrid"dən ayrılan Eden Hazar klubu milyonlarla tərk edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu müqaviləsini qarşılıqsız pozaraq İspaniya nəhəngindən təzminat istəməyib.
Bununla belə, "Real" rəhbərliyi onun bu jestinə jestlə cavab verib. "Kral klubu" Hazarın illik maaşının üçdə birini ona ödəyərək yola salıb. Belçikalının "Real"da ildə 28 milyon avro qazandığını nəzərə alsaq, söhbətin 9-10 milyondan getdiyi aydın olur.
2019-cu ildən "Çelsi"dən gələn və 115 milyon avro ödənilən, beləliklə "Real" tarixinin ən bahalı transferi olan Hazar bu müddətdə cəmi 76 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. 32 yaşlı oyunçu son mövsümdə cəmi 10 oyuna çıxıb.
"Marca"nın məlumatına görə, onun iki variantı var. Hazar ya karyerasını bitirəcək, ya da MLS-ə yollanacaq.
Mirağa