"Real Madrid"dən ayrılan yarımmüdafiəçi Marko Asensionun PSJ-yə keçidi rəsmiləşmək üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, ispaniyalı futbolçu hazırda Paris klubunda tibbi yoxlanışdan keçir. Testin nəticəsi müsbət çıxacağı halda, tərəflər arasında müqavilə imzalanacaq.
PSJ ilə sözləşmə 2027-ci ilə qədər nəzərdə tutulub. Asensio yeni klubunda ilinə 8 milyon avro qazanacaq.
Qeyd edək ki, "Real Madrid"lə müqaviləsi başa çatan futbolçu PSJ-yə azad agent kimi keçəcək.
Röya