İtaliyanın “Parma”, “İnter” və “Bolonya” klublarının keçmiş hücumçusu İsak Belfodil həbs olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Fransanın AFP nəşri məlumat yayıb.
Paris yaxınlığındakı Elankur qəsəbəsində həbs edilən futbolçunun polis tərəfindən saxlanılmasına səbəb onun 15 yaşlı bacısını boğmağa cəhd etməsi olub. Bacısı ilə dava edən və onu boğmağa cəhd göstərən Belfodildən qonşular şikayət edib. Futbolçu məhz qonşuların şikayəti əsasında həbs olunub. Bacısı isə hələ şikayət etməyib, lakin baş verənlərə aydınlıq gətirmək üçün araşdırmalar davam edir. Versal prokuroru qarşıdakı 48 saat ərzində araşdırmanı yekunlaşdıracaq.
İsak Belfodil hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edir.
Mirağa