"Napoli"nin hücumçusu Viktor Osimhen gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu DAZN-a açıqlamasında bildirib ki, hazırda komandadakı gələcəyi sual altındadır:
"Bilmirəm prezidentimiz nə qərar verəcək. Mən bu klubu sevirəm. Onlar da mənə eyni sevgi ilə yanaşırlar. Gələcəyimlə bağlı qərarı klub rəhbərliyi verəcək. Mən isə o zamana qədər gözləməli olacağam".
Qeyd edək ki, "Il Mattino" "Mançester Yunayted"in Osimhenə elçi düşdüyünü yazır. Bir müddət öncə "Napoli"dən Kim Min Çjeni alan "qırmızı şeytanlar" Viktoru da heyətinə cəlb etmək niyyətindədir. 24 yaşlı nigeriyalı forvard özü də mətbuata açıqlamasında İngiltərə Premyer Liqasında oynamaq istədiyini demişdi. İtaliya klubunun Osimhen üçün 160 milyon avro tələb etdiyi bildirilir.
Röya