Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki yenidən iş başında olmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə "Veçernji" məlumat yayıb.
Təcrübəli mütəxəssis Xorvatiya çempionatının debütantı "Rudeş"in sükanı arxasına keçə bilər.
"Rudeş"i birinci liqaya çıxaran Davor Mladina müqavilə başa çatdığı üçün klubu tərk edib. Belədə Xorvatiya təmsilçisi yeni məşqçi axtarışına çıxıb. Artıq Prosineçki ilə razılığa gəlindiyi və onun bu gün baş məşqçi elan olunacağı bildirilir.
Prosineçki bir ilə yaxındır işsizdir. Karyerasına Xorvatiya millisində baş məşqçi köməkçisi kimi başlayan Robert daha sonra "Srvena Zvezda"nı çalışdırıb və komandanı 62 matça çıxarıb.
Türkiyənin “Kayserispor” və "Dənizlispor" klublarını, həmçinin Azərbaycan və Bosniya və Herseqovina yığmalarını çalışdıran 54 yaşlı mütəxəssisin son iş yeri Sloveniya “Olimpiya”sı olub. Ancaq o, bu komandanı cəmi 8 oyuna çıxara bilib və 1 iyul 2022-ci ildə oradan ayrılıb.
Mirağa