"Yuventus"un braziliyalı müdafiəçisi Aleks Sandro müqaviləsinə xitam vermək üçün rəhbərliklə danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, bu barədə "Football-Italia" nəşri məlumat yayıb.
Xatırladaq ki, 32 yaşlı futbolçu Turin klubunda 2015-ci ildən çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2024-cü ilin ortalarına kimi nəzərdə tutulub.
Ötən mövsüm Sandro "qoca sinyora"nın heyətində bütün turnirlərdə 37 matçda iştirak edib və iki məhsuldar ötürmə edib.
Mövsümün sonunda "Yuventus" A Seriyasını 7-ci yerdə başa vurub.
Mirağa