İngiltərə Premyer Liqasının iki nəhəng klubu "Sautqempton"un futbolçusu Romeo Laviaya elçi düşüb.
Fanat.Az xəbər verir ki, söhbət "Çelsi" və "Liverpul"dan gedir.
Məlumatı "Football Insider" yayıb. Xəbərə görə, Nqolo Kantenin Səudiyyə Ərəbistanına gedişi gerçəkləşərsə, "Çelsi" Lavianı onun yerinə almağı planlaşdırır. London klubu 19 yaşlı belçikalı üçün 50-60 milyon avrodan keçməyə razıdır. Ancaq bu transferi həyata keçirmək "Çelsi" üçün elə də asan olmayacaq. Belə ki, "Liverpul" da Romeonun keçidi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Romeo Lavia "Sautqempton"a ötən il "Mançester Yunayted"dən keçib. O, 29 oyunda meydana çıxıb və 1 qol vurub.
Xatırladaq ki, mövsümü sonuncu pillədə başa vuran "Sautqempton" İngiltərə Premyer Liqası ilə vidalaşıb.
Röya