İngiltərə klubları "Lester"in yarımmüdafiəçisi Ceyms Meddison uğrunda mübarizə aparacaqlar.
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu "Nyukasl" və "Tottenhem"in hədəfindədir.
Bu barədə "The Athletic" məlumat yayıb. Premyer Liqa ilə vidalaşan "Lester" Meddisonun satışından 45 milyon avro əldə etmək niyyətindədir. Xəbərə görə, İngiltərə millisinin üzvü uğrunda mübarizədə "Nyukasl"ın şansları daha çoxdur.
Qeyd edək ki, Ceyms Meddison 2018-ci ildən "Lester"də çıxış edir. Komandanın lideri 160 oyunda meydana çıxıb və 43 qola imza atıb.
Röya