Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubundan ayrılır.
Fanat.Az xəbər verir ki, bu barədə o, özünün "Instaram" səhifəsində paylaşım edib.
25 yaşlı hücumçu "Beşiktaş"a qol vurduğu matçdan sonra klubu ilə vidalaşıb: "Hər şey üçün təşəkkürlər, "Konyaspor".
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo Zaqreb" klubuna məxsusdur. O, Türkiyədə icarə əsasında qışdan çıxış edirdi. Zaqreb klubunda baş məşqçi dəyişikliyi baş verdiyi üçün Mahirin Xorvatiya təmsilçisində daimi oynamaq imkanı yaranacaq.
Mirağa