"Vest Hem" ötən gün Praqada Konfrans Liqasının finalında "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az "On Sports"a istinadən xəbər verir ki, bu, ingilislərin oyunçusu Emerson Palmieri üçün tarixi kubok olub.
İtaliya millisinin Braziliya əsilli müdafiəçisi UEFA yarışlarında beşinci kubokunu qazanıb və beləliklə, Konfrans Liqasının mövcud olduğu vaxtdan bəri UEFA-nın bütün klub turnirlərində qalib gələn ilk futbolçu kimi tarixə düşüb.
Emerson 2019-cu ildə "Çelsi" ilə UEFA Avropa Liqasını, iki il sonra eyni klubla Çempionlar Liqası və Avropa Superkubokunu qazanıb. O, kolleksiyanı Konfrans Liqasında "Vest Hem"lə tamamlayıb.
Emerson yığma səviyyəsində də titullarını artıra bilər. İtaliya millisi ilə 2021-ci ildə Avropa çempionu olan müdafiəçi hazırda UEFA Millətlər Liqasının yarımfinalındadır.
Mirağa