AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumatına görə, növbəti mövsümlə bağlı mühüm qərarlar verəcək komitə üzvləri iyunun 17-nə qədər bir araya gələcəklər.
Belə ki, İK-nın iclasının Azərbaycan millisinin Estoniya ilə AÇ-2024-ün ilk oyununa qədər baş tutacağı dəqiqdir. Seçmə oyun məhz 17 iyunda saat 20:00-da "Dalğa Arena"da keçiriləcək.
Məhz həmin iclasda növbəti mövsümlə bağlı mühüm yeniliklər, xüsusilə də yeni mövsümdə Misli Premyer Liqasında komanda sayı, birinci və yeni yaradılan ikinci divizionla bağlı qərarlar, əvəzedicilərin çempionatı, həmçinin futzalla bağlı önəmli qərarlar veriləcəyi gözlənilir.
Mirağa