"Vest Hem"in prezidenti Devid Sallivan komandanın kapitanı Deklan Raysın "çəkicdöyənlər"dən ayrılacağını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "talkSPORT" onun dediklərini belə çatdırıb:
"Konfrans Liqasının finalı Deklanın "Vest Hem"də son oyun idi. Biz ona gedə biləcəyi ilə bağlı söz vermişik. Bu, Raysın qərarıdır. Komanda üçün bu qədər çox şey etmiş birinin qarşısını kəsə bilməzsiniz".
Daha öncə "Vest Hem"in Raysı 105 milyon avro qarşılığında London "Arsenal"ına satmağa razılaşdığı barədə informasiya yayılmışdı.
Qeyd edək ki, 24 yaşlı Rays dünən komandası ilə Konfrans Liqasının qalibi adını qazanıb. İngiltərə təmsilçisi Praqada baş tutan finalda "Fiorentina"nı 2:1 hesabı ilə üstələyib.
Nihat