"Tottebhem"in ulduz futbolçusu Harri Keyn klubu tərk etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bunu jurnalist Xulio Suares "El Chiringuito TV"nin efirində səsləndirib.
O, iddia edir ki, İngiltərə millisinin üzvü "Real Madrid"ə keçmək niyyətindədir. Harri fikrini artıq "Tottenhem" rəhbərliyinə bildirib.
Qeyd edək ki, iyulda 30 yaşını tamamlayacaq Keyn cari mövsüm İPL-də 38 matçda meydana çıxıb və 30 qolla 3 məhsuldar ötürmə ilə fərqlənib. 2011-ci ildən "Tottenhem"in üzvü olan forvard toplam 317 oyunda iştirak edib və 213 qol vurub. Onun klubu ilə sözləşməsi gələn ilin yayında başa çatır.
Xatırladaq ki, Harri Keyni heyətinə cəlb etmək istəyən klublar sırasında "Mançester Yunayted" və PSJ-də var.
Röya