"Valensiya" Türkiyə millisinin üzvünü transfer edib.
Fanat.Az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu, "Olimpik Lion"un müdafiəçisi Cenk Özkaçardır.
Son mövsümdə "yarasalar"ın formasını icarə əsasında geyinmiş 22 yaşlı oyunçu ilə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Cenk Türkiyənin əsas millisində 3 oyun keçirməyə də imkan tapıb. "Transfermarkt" portalı Özkaçarın transfer qiymətini 1,8 milyon avro ilə dəyərləndirir.
Nihat