"Bayern Münhen" yeni futbolçusunun adını açıqlayıb.
Fanat.Az Almaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir ki, bu, "Leyptsiq"dən azad agent qismində ayrılan Konrad Laymerdir.
26 yaşlı avsriyalı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin iyununa qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Laymer son mövsümdə "Leyptsiq" forması ilə 29 oyun keçirib. Bu qarşılaşmalarda 4 qol vuran futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat