"Real Madrid" yarımmüdafiəçisi Braim Dias ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, kral klubu futbolçu ilə müqaviləni yeniləyəcək.
Məlumatı insayder Fabritsio Romano yayıb. Onun sözlərinə görə, yeni sözləşmə 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, 23 yaşlı ispaniyalı futbolçu 2019-cu ildə "Mançester Siti"dən "Real Madrid"ə keçib. 2020-ci ildə icarə əsasında "Milan"a keçib. "Real Madrid"in heyətində 15, "Milan"da isə 65 oyun keçirib. 2021-ci ildən İspaniya millisinə dəvət alan Dias cəmi 1 görüşdə meydana çıxmağa şans qazanıb.
Röya