Məşhur kolumbiyalı futbolçunun - Xames Rodrigesin karyerasını harada davam etdirəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Blu Radio"nun reportyoru Xavyer Ernandes Bonnet yayıb.
Xəbərə görə, o, "Boka Xuniors"la müqavilə bağlayacaq. Xamesin Argentina təmsilçisi ilə 3 illik anlaşma imzalayacağı bildirilib.
Qeyd edək ki, Rodriges karyerasına məhz Argentinada başlayıb. O, 2008/2009 mövsümündə bu ölkənin "Banfild" klubunun formasını geyinib. Yığmadakı, "Real Madrid"dəki və iki il icarə əsasında şərəfini qoruduğu "Bayern Münhen"dəki (2017/2018 və 2018/2019) parlaq oyunu ilə yadda qalan kolumbiyalının son iş yeri "Olimpiakos" olub. Ötən ilin payızında qoşulduğu Yunanıstan təmsilçisində ümidləri doğrultmayan Xames apreldə Pirey klubundan ayrılıb.
Nihat