Cinsi zorakılıqda ittiham edilən və bu ilin əvvəlində İspaniya polisi tərəfindən həbs olunan Braziliya millisinin müdafiəçisi Dani Alveş azadlığa çıxa bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Dani Alveşin vəkilləri yenidən Barselona məhkəməsinə müraciət edərək braziliyalı futbolçunun azadlığa buraxılmasını istəyiblər.
Yeni apellyasiya şikayətində vəkillər məhkəməni 40 yaşlı futbolçunun ölkəni tərk etməyəcəyinə inandırmaq üçün əsas arqument kimi onun azyaşlı oğullarının (15 və 17 yaş) Barselonada yaşamasıdır. Üstəlik, istintaqa yeni dəlillərin təqdim olunduğu bildirilir.
Məhkəmə yaxın günlərdə futbolçunun apellyasiya şikayətinə baxaraq qərar verəcək.
Dani Alves yanvarın 20-də həbs edilib və bu günə qədər həbsxanada saxlanılır. Xatırladırıq ki, braziliyalı Barselonada 23 yaşlı qızı zorlamaqda ittiham olunur, lakin beynəlxalq müdafiəçi onların cinsi əlaqəsinin mütləq razılıq əsasında olduğunu iddia edir. Günahı sübuta yetirilərsə, onu 4 ildən 12 ilədək həbs cəzası gözləyir.
Mirağa