Uzun fasilədən sonra 2022/23 mövsümünü Premyer Liqada keçirən "Turan Tovuz"un ən sərrast futbolçusu olan Runi Eva Bakı təmsilçisindən təkif alıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, "Səbail"dir.
Yeni anlaşma üçün Tovuz təmsilçisindən iyunun sonuna qədər vaxt istəyən hücumçu "dənizçilər"in təklif etdiyi daha yüksək məbləğ barədə məlumat alsa da, paytaxt klubuna "hə" deməyib. Başqa sözlə, "Səbail" israrla sıralarına cəlb etmək istədiyi kamerunlu forvardla razılığa gələ bilməyib.
Qeyd edək ki, Eva "Turan Tovuz" forması ilə Premyer Liqada 32 matça çıxaraq 16 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 5 oyun keçirən afrikalı 1 qol vurub və 1 dəfə komanda yoldaşına assistentlik edib.
Nihat